Yeniləşdirilmə haqqında

 Yeniləşmə barəsində

2016

ildən Gürcüstan Milli Bankı  milli valyutanın –larinin yeniləşdirilmiş banknotlarını dövriyyəyə buraxmağa başladı.

 

 

2019-cu ilin oktyabrın 1-dən  yeniləşdirilmiş 10 lari nominalının banknotları dövriyyəyə buraxılacaq.

 

Yeniləşdirilmiş 20 lari və 50 lari  nominalının banknotları 2016-cı il fevralın 1-dən dövriyyədədir.

 Yeniləşdirilmiş 100 lari  nominalının banknotları 2016-cə il noyabrın 1-dən dövriyyədədir.

2017-ci ilin sentyabrın 1-dən yeniləşdirilmiş 5 lari nominalının banknotları dövriyyəyə buraxıldı.

Larinin yeniləşdirilmiş

 

banknotlarında  yaxşı tanınan, lari banknotlarının lap başdan olan tematikası qorunub saxlanılıb, eyni zamanda  banknotlarda  təqdim olunan  tarixlər  ayrı-ayrı yeni ünsürlərlə çox rəngarəngləndirilmişdir.

Yeniləşdirilmiş  dizayn  daha da dəqiqliklə  və müasir görünüş ilə  Gürcüstanın mühüm mədəni-tarixi irsini biruzə verir.

Larinin yeniləşdirilmiş banknotlarını  kəskin şəkildə fərqlənən  rənglərin şaxəsi xarakterizə edir ki, bu da  əsas süjetlərin dominant, təzadlı rəngləri ilə qaynayıb qarışıb.

Banknotların ölçüləri də yeniləşdi.

Nominallara müvafiq olaraq  banknotların ölçülərinin diaqonal, simmetrik artım prinsipindən istifadə olunub.

 

 

 Hər bir nominal üçün banknotların formalaşdırma üsulu yeniləşdirilib. Parametrlər və qoruyucu əlamətlər müasirdir,  yoxlanılmışdır və ardıcıldır.  Eyni zamanda  dizaynın tərkib cizgiləri maksimum olaraq  qoruyucu əlamətlər ilə inteqrasiya olunub    bütövlükdə vahid ailə konsepsiyasını yaradır. 

 

Larinin yeniləşdirilmiş banknotlarının istifadəçi tərəfindən asanca qavranılması üçün,  eyni zamanda  müasir  və yüksək  texnoloji  proses nəticəsində  alınan mühafizəedici əlamətlər ilə  hifz edilib. O cümlədən, zəif görmə qabiliyyəti olan şəxslər üçün nominalın tanınılması əlaməti istifadə edilib. 

Larinin yeniləşdirilmiş banknotları  dövriyyədə onların çirklənmədən və sürtülmədən  davamiyyətini  artıran  materiallardan və qoruyucu mexanizmlərdən istifadə edərək hazırlanmışdır.

 

 

Gürcüstan Milli Bankında işlənib hazırlanan larinin yeniləşdirilmiş banknotlarının eskizlərinin dolğun olması prosesində  dünyanın aparıcı  pul çap şirkətləri iştirak edirdilər: „Giesecke+Devrient Currency Technology“ (Almaniya), „Oberthur Fiduciaire“ (Fransa), „De La Rue“ (İngiltərə). 

Əvvəlki emissiya banknotları larinin yeniləşdirilmiş banknotları ilə birlikdə dövriyyədə olacaqlar.

 

Posteri yüklə 20₾ 50₾ 100₾

 

Posteri yüklə 5₾ 

 

Posteri yüklə 10₾